• Tofiq Tağızadənin yaradıcılıq otağının açılışı oldu

  • “Üçüncü günün adamı” filmi Bolqarıstana gedir

    Filmin nümayişi 16 yanvar 2019-cu il tarixində Azərbaycana həsr olunmuş rəsmi gecədə baş tutacaq.

  • Daha bir qısametrajlı filmin çəkilişinə başlandı

    “Naməlum dahi” adlı fantastika janrında düşünülmüş kino əhvalatında hadisələr bizim zamanda və 450 ildən sonra baş verir.

“Azərbaycanfilm”in qısa tarixi

Rusiyanın XI Qızıl ordusunun Azərbaycanı işğal etdikdən və Sovet hakimiyyəti qurulduqdan bir az sonra, 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Foto Kino İdarəsi (AFKİ) yaradıldı. Bütün sahələrdə olduğu kimi kinoda da milliləşmə prosesi gedərək, özəl sektorun inkişafının qarşısı alındı.
AFKİ-i Bakıda keçmiş “Renessans” restoranının binasında Dövlət Kino fabrikinin (gələcək “Azərbaycanfilm” kinostudiyası) yaradılmasına başlandı və çox çəkmədi ki, aprelin 28-də Kinofabrikin açılışı oldu və dövlət kinofabrikində çəkilən ilk film “Qız qalası” filmi oldu. Filmi çəkmək üçün rejissor Ballyuzek Moskvadan dəvət olunmuşdu.

Xəbərlər