az en ru
  Rəssamlar

Cəbrayıl  Əzimov


(07.05.1926-10.07.1969)

Cəbrayıl Əlimuxtar oğlu Əzimov  Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini (1946), ÜDKİ-nun rəssamlıq fakültəsini (1953) bitirib. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. Əməkdar rəssamdır (1964). Aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi olub.

Filmoqrafiya:

Bəxtiyar (film, 1955)
Cazibə Qüvvəsi (1964)
Doğma xalqıma (film, 1954)
Əmək və qızılgül (film, 1962)
Görüş (film, 1955)
Hanı mənim övladlarım? (film, 1967)
İnsan məskən salır (film, 1967)
Qanun naminə (film, 1968)
Qaraca Qız (1966)
Qəribə əhvalat (film, 1960)
Qızmar günəş altında (film, 1957)
Leyli və Məcnun (film, 1961)
Mollanın sərgüzəşti (film, 1960)
O olmasın, bu olsun (film, 1956)
Onu bağışlamaq olarmı? (film, 1959)
Romeo mənim qonşumdur (film, 1963)
Sehrli xalat (film, 1964)
Şur (film, 1967)
Uzaq sahillərdə (film, 1958)
Zəncirlənmiş adam (film, 1964)

============================================

 

Elbəy  Rzaquliyev 


(17.06.1926-15.09.2007)

Elbəy Mirzə Həsən oğlu Rzaquliyev Bakıda ziyalı ailəsində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nun rəssamlıq fakültəsinə daxil olub. Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Buna görə də daha sonralar onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir. O, həm rəngkar, həm də kino rəssamı kimi fəaliyyət göstərmişdir.
Elbəy Rzaquliyevin 1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir.
Ölkəmizdə və xaricdə çoxlu sayda sərgiləri keçirilib. Xalq rəssamı (1977), dövlət mükafatı laureatı (1986) Elbəy Rzaquliyev 2007-ci il sentyabrın 15-də 82 yaşında dünyasını dəyişib.

Filmoqrafiya:

Araqarışdıran (film, 1987)
Arşın mal alan (film, 1965)
Arxadan vurulan zərbə (film, 1977)
Arzularını çəkən rəssam (film, 2007)
Bakıda küləklər əsir (film, 1974)
Baladadaşın İlk Məhəbbəti (1974)
Bəxtiyar (film, 1955)
Bəyin oğurlanması (film, 1986)
Bir məhəllədən iki nəfər (film, 1957)
Dənizə çıxmaq qorxuludur (film, 1973)
Dərviş Parisi partladır (film, 1976)
Doğma xalqıma (film, 1954)
Əsl dost (film, 1959)
Əzablı yollar (film, 1982)
Fitnə (film, 1970)
Görüş (film, 1955)
Gün keçdi (film, 1971)
İstintaq davam edir (film, 1966)
Qara daşlar (film, 1956)
Qəm pəncərəsi (film, 1986)
Qəzəlxan (film, 1991)
Möcüzələr adası (film, 1963)
Musiqi müəllimi (film, 1983)
Ögey ana (film, 1958)
Onun bəlalı sevgisi (film, 1980)
Onun böyük ürəyi (film, 1958)
Sahilsiz gecə (film, 1989)
Səadət və əmək mahnıları (film, 1957)
Səhər (film, 1960)
Sevil (film, 1970)
Şeytan göz qabağında (film, 1987)
Skripkanın sərgüzəşti (film, 1972)
Sözsüz mahnı (film, 1972)
Telefonçu qız (film, 1962)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)
Tütək səsi (film, 1975)
Uşaqlığın son gecəsi (film, 1968)
Vulkana doğru (film, 1977)
Xüsusi vəziyyət (film, 1986)
Yarımçıq qalmış mahnı (film, 1979)
Yeddi gözəl (film, 1982)

======================================

 

Nadir Zeynalov

 200

(1928-1987)


Nadir Zeynalov Moskvada - Ümumittifaq Dövlət Kinomatoqrafgiya İnstitutunun rəssamlıq fakultəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi 30 filmin yaradılmasında iştirak edib. İlk rəngli azərbaycan filminin quruluşçu rəssamı olub.

Filmoqrafiya:

Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Axırıncı aşırım (film, 1971)
Bir qalanın sirri (film, 1959)
Bizim küçənin oğlanları (film, 1973)
Çarvadarların izi ilə (film, 1974)
Dədə Qorqud (film, 1975)
Dəli Kür (film, 1969)
Dərviş Parisi partladır (film, 1976)
Evin kişisi (film, 1978)
Evlənmək istəyirəm (film, 1983)
Gözlə məni (film, 1980)
Həyat öyrədir (film, 1961)
Xüsusi vəziyyət (film, 1986)
İstintaq davam edir (film, 1966)
"Kazbek" qutusu (film, 1958)
Köhnə bərə (film, 1984)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qatır Məmməd (film, 1974)
Qayınana (film, 1978)
Qorxma, mən səninləyəm (film, 1981)
M. F. Axundov (film, 1962)
Mahnı belə yaranır (film, 1957)
Mahnı qanadlarında (film, 1973)
Məhəmməd Füzuli (film, 1958)
Memar (film, 1971)
Mən mahnı qoşuram (film, 1979)
Muğanda bir kənd var (film, 1978)
O olmasın, bu olsun (film, 1956)
Oxuyur Müslüm Maqomayev (film, 1971)
Onu bağışlamaq olarmı? (film, 1959)
Poçt qutusu (film, 1967)
Romeo mənim qonşumdur (film, 1963)
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sofiya-Bakı (film, 1971)
Şərikli çörək (film, 1969)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Yay gününün xəzan yarpaqları (film, 1986)
Yeddi oğul istərəm... (film, 1970)
Yeni il gecəsində (film, 1958)
Yeni üsul (film, 1974)
Yenilməz batalyon (film, 1965)
Yun şal (film, 1965)

 


=====================================

 

Kamil Nəcəfzadə

 

(29.12.1929-29.06.2011)

Kamil Nəcəf oğlu Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada-Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tətibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar. O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir. Azərbaycanın xalq rəssamı, iki dəfə Dövlət Mükafatı laureatı Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat etmişdir. Kinorejossor Şamil Nəcəfzadənin atasıdır.

Filmoqrafiya:

Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-quruluşçu rəssam
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-quruluşçu rəssam
Azərbaycan incəsənəti (film, 1970)
Bağ mövsümü (film, 1985)
Bayquş gələndə (film, 1978)
Bir cənub şəhərində (film, 1969)
Bir məhəllədən iki nəfər (film, 1957)
Birisigün, gecəyarısı... (film, 1981)
Bizi bağışlayın (film, 1979)
Bizim küçə (film, 1961)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Cırtdanın yeni sərgüzəşti (film, 1973)
Çardaş (film, 1973)
Doğma sahillər (film, 1989)
Dörd bazar günü (film, 1975)
Əllər və rənglər (film, 1974)
Əmək və qızılgül (film, 1962)
Ən vacib müsahibə (film, 1971)
Əsl dost (film, 1959)
Firəngiz (film, 1975)
Gecə qatarında qətl (film, 1990)
Hədiyyə (film, 1986)
Qanlı zəmi (film, 1985)
Qara daşlar (film, 1956)
Qızıl uçurum (film, 1980)
Qozbeli qəbir düzəldərmi? (film, 1972)
Lətifə (film, 1989)
Matteo Falkone (film, 1960)
Mən ki gözəl deyildim (film, 1968)
Molbertlə dünya ölkələrinə səyahət (film, 1965)
Od içində (film, 1978)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Səmt küləyi (film, 1973)
Sən niyə susursan? (film, 1966)
Su bulandıranlar (film, 1991)
Su ərizəsi (film, 1964)
Sürəyya (film, 1987)
Tənha narın nağılı (film, 1984)
Ulduz (film, 1964)
Uzaq sahillərdə (film, 1958)
Var olun, qızlar... (film, 1972)

===================================

 

Rafiz İsmayılov

200

30.03.1939-cu ildə Bakıda anadan olub.1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1972-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirib. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. R.İsmayılov bir neçə kitabin da tərtibatçı - rəssamıdır. Azərbaycanın xalq rəssamıdı, Dövlət mükafatı laureatıdır.

Filmoqrafiya:

1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
3 qız (film, 2007) (tammetrajlı bədii film)
Anın quruluşu (film, 1980)
Avqust gələndə (film, 1984)
Azərbaycan xanlıqları: Naxçıvan və İrəvan xanlıqları. V film (film, 2002)
Bayramda yağış (film, 1985)
Bəxtəvər (film, 1990)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Cavad xan (film, 2009)
Danışan işıqlar (film, 1965)
Dantenin yubileyi (film, 1978)
Dədə Qorqud (film, 1975)
Diplom işi (film, 1979)
Dronqo (serial, 2002)
Ev (film, 2007)
Evin kişisi (film, 1978)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Fəryad (film, 1993)
Göyçək Fatma (film, 1988)
Xeyir və Şər (film, 1980)
İstanbul reysi (film, 2010)
İşarəni dənizdən gözləyin (film, 1986)
İşgüzar səfər (film, 1982)
Küçələrə su səpmişəm (film, 2004)
Qara gölün cəngavərləri (film, 1984)
Qatır Məmməd (film, 1974)
Qəribə adam (film, 1979)
Qətldən yeddi gün sonra (film, 1991)
Qisas (film, 1991)
Lağım (film, 1993)
Maestro Niyazi (film, 1975)
Mezozoy əhvalatı (film, 1976)
Məhkumlar (film, 2007)
Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
Oda (film, 1990)
On yeddi yaşlı oğlan (film, 1986)
Otel otağı (film, 1998)
Oxuyur Müslüm Maqomayev (film, 1971)
Ovsunçu (film, 2003)
Ölsəm... bağışla (film, 1989)
Özgə ömür (film, 1987)
Pirverdinin xoruzu (film, 1987)
Sevinc buxtası (film, 1977)
Sizin düşməniniz (film, 1987)
Son döyüş (film, 1996)
Sübhün səfiri (2012)
Təhminə (film, 1993)
Tərsinə çevrilən dünya (2011)
Təsadüfi görüş (film, 1999)
Torpaq (film, 2002)
Üzeyir ömrü (film, 1981)
"Yapon" və yaponiyalı (film, 1990)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Yenilməz batalyon (film, 1965)

===================================

 Mayis Əlişir oğlu Ağabəyov

Mayis Ağabəyov 01.05.1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında guruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Əsərləri respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. Azərbaycanın xalq rəssamıdır. Mais Ağabəyov 2012-ci il aprelin 26-da Təsviri sənət nominasiyasında "Humay" milli mükafatına layiq görülmüşdür.

  Filmoqrafiya:

Babək (film, 1979)
Burulğan (film, 1986)
Çətirimiz buludlardır (film, 1976)
Dağıdılmış körpülər (film, 1996)
Əlvida, cənub şəhəri (film, 2006)
Girov (film, 2005)
Gümüşgöl əfsanəsi (film, 1984)
Günaydın, mələyim! (film, 2008)
Həyat bizi sınayır (film, 1972)
Xoşbəxtlik qayğıları (film, 1976)
İntizam (film, 1983)
Köpək (film, 1994)
Qətl günü (film, 1990)
Ləqəbi "İKA"dır (film, 1997)
Məkanın melodiyası (film, 2004)
Müqəddəs oda yanaram (film, 1991)
Nə gözəldir bu dünya... (film, 1999)
Nəsimi (1973)
Nizami (film, 1982)
Ölüm növbəsi (film, 2009)
Ötən ilin son gecəsi (film, 1983)
Özgə vaxt (film, 1996)
Rəssam ömrünün palitrası (film, 2006)
Sevil (film, 1970)
Super ağcaqanad (film, 1981)
Şirbalanın məhəbbəti (film, 1991)
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Təki dam olsun... (film, 1972)
Toya dəvətnamə (film, 1973)
Ümid (film, 1995)
Ürək... Ürək... (film, 1976)
Yeddi oğul istərəm... (film, 1970)
Zirzəmi (film, 1990)

====================================

 

Rafiq Əliş oğlu Nəsirov 

200

Rafiq Nəsirov  27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. Sonra 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsinə daxil olmuşdur. 1969-cu ildən, institutu bitirdikdən sonra C.Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən dekorativ qurğular söbəsinə rəhbərlik edir ve həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir.

Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub. 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar rəssam adını alıb. 2003-cu ildə “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti Akademiyası Humay mükafatı ilə teltif edilib.

Filmoqrafiya:

3 qız (film, 2007)(tammetrajlı bədii film)
Araqarışdıran (film, 1987)
Arzularını çəkən rəssam (film, 2007)
Azərbaycan xanlıqları: Naxçıvan və İrəvan xanlıqları. V film (film, 2002)
Bədbəxtliyin astanasında (film, 1977)
Bəxt üzüyü (film, 1991)
Bəyin oğurlanması (film, 1986)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Cavad xan (film, 2009)
Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 1-ci veriliş (film, 2007)
Cin mikrorayonda (film, 1985)
Dairə (film, 1985)
Dəvətnamə (film, 1989)
Dronqo (serial, 2002)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Ev (film, 2007)
Əzablı yollar (film, 1982)
Fəryad (film, 1993)
Günaydın, mələyim! (film, 2008)
Hacı Qara (film, 2002)
Həm ziyarət, həm ticarət... (film, 1995)
İstanbul reysi (film, 2010)
Köpək (film, 1994)
Küçələrə su səpmişəm (film, 2004)
Qəm pəncərəsi (film, 1986)
Qəzəlxan (film, 1991)
Məhkumlar (film, 2007)
Meyl (film, 1988)
Musiqili xaş (film, 1984)
Nakəs (film, 1991)
Nə gözəldir bu dünya... (film, 1999)
Otel otağı (film, 1998)
Ovsunçu (film, 2003)
Pəncərə (film, 1991)
Sahilsiz gecə (film, 1989)
Sarı gəlin (film, 1998)
Şeytan göz qabağında (film, 1987)
Təbəssüm (film, 1992)
Yaramaz (film, 1988)
Yeddi gözəl (film, 1982)
Yük (film, 1995)
Zirzəmi (film, 1990)

===========================================

 

 

Mehriban Cavanşir qızı Əfəndiyeva

 

Mehriban Əfəndiyeva Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfim"də cəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır.
Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib.

Filmoqrafiya:

Absurdistan (film, 2008)(tammetrajlı bədii film)
Əndazədən çıxanlar (film, 1988)
Gəldi kosa (film, 1988)
Hacı Qara (film, 2002)
İthaf (film, 1990)
Kənar adamlar (film, 1992)
Qara ney (film, 1994)
Qaravəlli (film, 1989)
Qaydasız döyüş (film, 2009)
Qırmızı qatar (film, 1993)
Qızlar (film, 2007)
Məhkumlar (film, 2007)
Məkanın melodiyası (film, 2004)
Müqəddəs oda yanaram (film, 1991)
Otel otağı (film, 1998)
Özgə vaxt (film, 1996)