Gənc Sinemaçılar Klubunun üzvü mükafat qazandı

Gənc Sinemaçılar Klubunun üzvü mükafat qazandı

 

“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Rüfət Kərimzadənin “Qurd” kinolayihəsi 8. Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilmiş 2. Malatya Beynəlxalq Film Platformasının beynəlxalq ssenarilərin inkişafına dəstək mükafatının qalibi oldu.

Qeyd edək ki, bu il keçirilmiş film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının əməkdaşlığı ilə baş tutub.

https://m.facebook.com/malatyafilmfestivali/photos/a.129533404247321/436732486860743/?type=3&source=48