Dekor tikintisi

Dekor tikintisi

 

 

Filmlərin çəkilişi üçün dekorasiyaların tikilməsini və quraşdırılmasını kinostudiyanın dekorativ-texniki tikililər sexi həyata keçirir.

 

Sexin imkanları kinostudiyanın pavilyonunda və hər hansı qapalı sahədə və ya natura obyektlərində yerləşdirilməsi nəzərdə tutulan   istənilən xarakterli (tarixi, müasir və s.) və hər cür mürəkkəblikdə olan dekorların tikintisini həyata keçirməyə imkan verir. Sex həm də tikilmiş dekorlarda bəzi tərtibat işlərini də həyata keçirə bilər.

 

Bədii tammetrajlı filmlərdən başqa sex  teleseriallar, musiqi klipləri, reklam çarxları, tele verilişlər, mədəni-kütləvi tədbirlər, sərgilər və s. üçün də dekorların  hazırlanmasını və quraşdırılması işlərini görür..

 

Kinostudiyanın hazırlayıb və quraşdırdığı dekorasiyalarda sifarişçi tərəfindən tələb olunan effektlər, yəni süni olaraq köhnəldilmə, müasir, fantastik və qeyri-real, həmçinin, istənilən, o cümlədən, milli kolorit əlavə oluna bilər.

 

Sex rəhbəri: Rafiq Nəsirov
Tel/fax: +(99412) 430 87 85

Mob:  +(99450) 215 26 90

Email: azerfilm@mail.ru   info@azerbaijanfilm.az

 

 

Xidmət növləri:

 

Dekorların tikintisi:

İnteryer dekorları (otaqlar, ofislər, kabinetlər, koridorlar və s.)

Landşaft dekorları (şəhər və kənd küçələri, meydanlar, bağ evləri və s.)

Xüsusi dekorlar (dəmiryol vaqonu, gəmi, təyyarə, kosmik gəmi və s.)

Maketlərin hazırlanması

Rəngkarlıq işləri

Üzçəkmə (drapirovka)

Dülgərlik işləri

Butafor işləri 

Dekorların üzərində işıq avadanlıqlarının quraşdırılması üçün asılacaqların quraşdırılması