Qrim

Qrim

 

 

"Azərbaycanfilm” kinostudiyasında çəkilişlər üçün aktyorların qrimlənməsi ilə bağlı işləri qrim sexi həyata keçirir.

 

Kinostudiyada işləyən professional qrim ustaları bütün xarakterli (qoca, cavan, xarakterik və c.) və hər cür mürəkkəblikdə olan qrimlər, pariklər (saç, saqqal,  bığ) və s. qrim işlərini həyata keçirmək imkanına malikdirlər.

 

Bədii tammetrajlı filmlərdən başqa sex, teleseriallar, musiqi klipləri, reklam çarxları, tele verilişlər, mədəni-kütləvi tədbirlər, təqdimetmə mərasimləri, sərgilər və c. üçün də qrimlənmə işlərinin, pariklərin hazırlanması və c. xidmətlər həyata keçirir

 

 

Sex rəhbəri: Elbrus Vahidov 

Əlaqə

Tel/ fax: +(99412) 430 87 85 

Email: azerfilm@mail.ru      info@azerbaijanfilm.az

 

 

Xidmət növləri

 

Saç məmulatları:

Saqqal və bığların tikilişi

Pariklərin tikilişi

Əlavələr (nakladkalar)

Bakendbarlar

 

Effektlərin yaradılması:

Cürbəcür yanığlar

Yaralanmalar (bıçaq, güllə və c.)

Cızıqlar

Qırışlar

 

Qrimlər:

Portret qrim

Yaşla bağlı qrimlər

Lateks məmulatlarından əlavə olunmuş qrim